Qlobal yaşıllaşdırmanın ilk pilot tətbiqi Azərbaycanda Dövlət-Özəl Tərəfdaşlıq (PPP) modeli ilə başladı

Elnur İslamovun müəllif və təşəbbüskarı olduğu Qlobal Yaşıllaşma (www.greening.global) hərakatının Azərbaycanda aidiyyatlı rəsmi qurumlar (Ekologiya Nazirliyi, Kicik və Orta Bizneslərin İnkişaf Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Binəqədi və Suraxanı Rayon İcra Hakimiyyətləri və s.) və beynəlxalq təşkilatlar (BMT Qlobal Saziş-Azərbaycan UN-GC-Azerbaijan)-ın rəsmi tərəfdaşlığı ilə pilot “Yaşıl Azərbaycan” (www.greening.az) layihəsi uğurla icrası başladıldı.

Belə ki, keçən ilin dekabr ayında cənab prezindentin ad günü münasibəti ilə rəsmi və sponsor tərəfdaşlarımızla birgə Xocasən göl ətrafında 3000 ədəd dünyanın ən tez böyüyən pavlovniya ağacları, cari ilin may ayında isə Suraxanı rayonunda “Heydər Əliyev – 100 “ illiyinə həsr edilmiş 100 pavlovniya ilə ağacəkmə aksiyasına uğurla icra edilmişdir. Qeyd edim ki, layihəmiz çərçivəsindən dünyanın ən sürətlə böyüyən, digər ağaclara nisbətən yarpaqlarının iri olmasına görə 10 dəfə daha çox oksigen verən pavlovniya (adəm) ağacından istifadə edirik.